Azərbaycanda meymunçiçəyi virusu aşkarlanıb? - AÇIQLAMA

18:04 - 06 İyun 2022

Azərbaycanda meymunçiçəyi virusu aşkarlanıb? - AÇIQLAMA

“Əksər ölkələrdə meymunçiçəyi virusuna yoluxma halları artsa da, Azərbaycanda bu virusa yoluxma halı qeydə alınmayıb”.

Manşet.az oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

O bildirib ki, meymunçiçəyi virusu ilə bağlı həm Ümumdünya Səhiyyə Təşkilatı, həm də onların Avropa Bürosu ofisləri ilə mütəmadi əlaqədədirlər:

“Azərbaycanda meymunçiçəyi virusunun yayılmasına şərait yaradan amillər yoxdur. Düşünürük  ki, əhalinin gigiyenik qaydalara düzgün riayət etməsi bu virusun ölkəmizdə yayılmasının qarşısını ala biləcək”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az