Baş Prokurorluq həkimin anasının qətlə yetirildiyi iddiasına münasibət BİLDİRDİ

18:39 - 06 İyun 2022

Baş Prokurorluq həkimin anasının qətlə yetirildiyi iddiasına münasibət BİLDİRDİ

Baş Prokurorluq həkim terapevt Aysel Əskərovanın anasının qətlə yetirildiyi iddiasına münasibət bildirib.

Qurumun Mətbuat Xidmətindən Manşet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1965-ci il təvəllüdlü Qismət Əskərovanın ölməsi faktı ilə bağlı hazırda Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır:

"Ölümün səbəbini müəyyən etmək məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, müvafiq izahatlar alıb və digər zəruri prosessual hərəkətlər icra olunur. Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul olunması təmin ediləcəkdir".

Qeyd edək ki, həkim terapevt Aysel Əskərova sosial şəbəkədə paylaşım edərək anası Qismət Əskərovanın öz əcəli ilə ölmədiyini, qarət məqsədilə qətlə yetirildiyini iddia edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az