Ümumi təhsil müəssisələrinin təsnifatı dəyişdi - SİYAHI

19:19 - 08 İyun 2022

Ümumi təhsil müəssisələrinin təsnifatı dəyişdi - SİYAHI

Ümumi təhsil müəssisələrinin yeni təsnifatı müəyyənləşib.

Manşet.az xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edib.

Dəyişikliyə əsasən, ümumi təhsil müəssisələrinin növlərinin sayı 13-dən 14-ə qaldırılıb.

- ibtidai ümumtəhsil məktəbi;
- ümumi orta ümumtəhsil məktəbi;
- tam orta ümumtəhsil məktəbi;
- lisey;
- gimnaziya;
- inteqrasiya təlimli ümumtəhsil məktəbi;
- xüsusi ümumtəhsil məktəbi;
- ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi;
- internat tipli lisey;
- internat tipli gimnaziya;
- inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi;
- internat tipli xüsusi ümumtəhsil məktəbi;
- internat tipli sanator ümumtəhsil məktəbi;
- digər məktəblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az