Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1909 vaksin vurulub.
Manset.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 326, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 182, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1243, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 158 nəfərdir.
