"Formula 2": Bakıdakı yarışda qəza baş verdi - FOTO

13:56 - 10 İyun 2022

\"Formula 2\": Bakıdakı yarışda qəza baş verdi - FOTO

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində qəza baş verib.

 

Manset.az "report"a istinadən xəbər verir ki, "MP Motorsport" komandasında çıxış edən Klement Novalakın bolidi sərbəst yürüş zamanı qoruyucu səddə çırpılıb.

Nəticədə qırmızı bayraq qaldırılıb.

Bundan sonra "Campos Racing" komandasından Ralf Boşunqun bolidi sərbəst yürüşdə qoruyucu səddə çırpılıb.

25 yaşlı sürücü dönmə zamanı avtomobilini tarazlaya bilməyib. Nəticədə qırmızı bayraq qaldırılıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-dək davam edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az