Manşet.az saytı 1 yaşını qeyd edir - FOTOLAR

16:03 - 10 İyun 2022

Manşet.az saytı 1 yaşını qeyd edir - FOTOLAR

Manşet.az xəbər portalı bu gün 1 yaşını qeyd edir. 

 

Sayt ölkəmizdə və dünyada baş verən ən mühüm ictimai-siyasi prosesləri, hadisələri oxuculara təqdim edir. Manşet.az-ın fəaliyyəti qısa bir zamanı əhatə etsə də, əslində sayt ölkənin ən aparıcı xəbər portalları ilə rəqabət aparmaq imkanlarına malikdir. Təsisçiləri Əli Vəliyev və Famil Fərhadoğlu olan saytın fəaliyyətə başladığı gündən bu günə qədər bu portala daxil olan istifadəçilərin ümumi sayının 6 milyonu keçməsi deyilənlərin təsdiqidir. 

Saytda siyasət, iqtisadiyyat, mədəniyyət, idman bölmələri fəaliyyət göstərir, ən yeni və maraqlı məlumatları oxucularının ixtiyarına verir. Günün tələbatı ilə ayaqlaşan, gündəmin nəbzini tutan Manşet.az tək Azərbaycanda izlənilmir, ölkəmizin hüdudlarından kənarda yaşayan həmyerlilərimiz də bu saytı izləyir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az