Novruz Aslanov Şuşada komitələrin birgə iclasında iştirak etdi - FOTO

12:05 - 12 İyun 2022

Novruz Aslanov Şuşada komitələrin birgə iclasında iştirak etdi - FOTO

İyunun 11-də Milli Məclisin Aqrar siyasət və Regional məsələlər komitələrinin Şuşa şəhərində birgə iclası keçirilib.

Manset.az xəbər verir ki, iclasda çıxış edən Novruz Aslanov bildirib ki, torpaqlarımızın azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərə ehtiramını bildirib, qazilərə can sağlığı diləyib. Deputat çıxışında digər millət vəkilləri kimi Şuşanın Azərbaycan tarixindəki, onların hər birinin həyatındakı yeri barədə danışıb, bu gün burada  keçirdiyi hisslər və təəssüratları bölüşüb. 

Vətən müharibəsində böyük Zəfərdən sonra azad edilmiş ərazilərdə aparılan geniş abadlıq-tikinti və quruculuq işlərindən, regionun iqtisadi inkişafından və həyata keçirilən layihələrdən,  Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının inkişaf potensialından söhbət açan N.Aslanov bu zəfərin müəllifi olan möhtərəm prtezidentimiz cənab İlham Əliyevin müasir dövrümüzün canlı qəhrəmanı kimi şanlı tariximizə öz adını qızıl hərflərlə yazdığını diqqətə çatdırıb.

Millət vəkili qeyd edib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti olaraq mayın 8 Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yaranma günü olub. Şuşanın işğalı ilə əlaqədar olaraq heç vaxt bu gün ayın 8-i qeyd edilməyib. Novruz Aslanov artıq iki ildir ki, bu günü məhz mayın 8-i qeyd edildiyini vurğulayıb. 

Deputat bir daha cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  bizə bu xoşbəxt günü yaşatdıqlarına görə təşəkkürünü bildirib.  

N.Aslanov Milli Məclisin sədri Sahibə Qafarovaya doğma Şuşa səhərində bu məhsuldar günün keçirilməsinə görə təşəkkür edib.


 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az