logo
logo logo
logo

"Azərişıq" ASC-nin sədri qəbul keçirəcək

12:24 - 15 İyun 2022

\"Azərişıq\" ASC-nin sədri qəbul keçirəcək

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov 16 iyun saat 10:00-da Qax şəhərində Qax və Şəkidən olan vətəndaşları qəbul edəcək. Qəbul “Azərişığ”ın Qax şəhəri, Heydər Əliyev prospekti 2 ünvavında yerləşən inzibati binasında keçiriləcək.

 

Manset.az xəbər verir ki, qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.

Qəbulda iştirak etmək istəyən şəxslər Qax Elektrik Şəbəkəsinə və ya "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn qaydada isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Vətəndaşların diqqətinə çatıdırırıq ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az