logo
logo logo
logo

Xarici işlər nazirinin müavini Kanadada səfərdədir

19:03 - 17 İyun 2022

Xarici işlər nazirinin müavini Kanadada səfərdədir

2022-ci ilin 13-17 iyun tarixlərində xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Kanadaya səfər edib.

Manşet.az xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

Səfər zamanı xarici işlər nazirinin Parlament üzrə katibi Rob Olifant, xarici işlər nazirinin müavinləri Marta Morqan və Sandra Makardell, Kanadanın baş nazirinin xarici məsələlər üzrə müşaviri Den Kostello, ölkənin Xarici Xidmət İnstitutunun rəhbəri Lui Markott, Kanada Parlamentinin hər iki palatasının (Senatın və Nümayəndələr Palatasının) xarici əlaqələr komitələrinin sədrləri Piter Boem və Ali Ehsassi, Nümayəndələr Palatasında mühafizəkarlar partiyasının xarici məsələlər üzrə əlaqələndiricisi Maykl Çanq, Parlamentdə Kanada-Azərbaycan dostluq qrupunun rəhbəri Filip Lourenslə görüşlər keçirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az