ATV kanalında yayımlanan "Bizimləsən" verilişində gərgin anlar yaşanıb.
Manşet.az xəbər verir ki, verilişə müraciət edən Cavid adlı kişi həyat yoldaşının evdən qaçdığını bildirib.
Cavid bildirib ki, "Bizim aramızda heç bir problem olmayıb. Mehriban olmuşuq. Məktub yazıb ki, məni valideynlərim axtarmasın. Onların qızı deyiləm. Məni axtarırsansa ancaq sən axtar".