Güclü külək rayonlarda bəzi fəsadlar yaratdı

09:30 - 07 Mart 2023

Güclü külək rayonlarda bəzi fəsadlar yaratdı

Dünən gecə başlayan güclü külək rayonlarında bəzi fəsadlar yaradıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, şiddətli külək səbəbindən elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Qəbələ, İsmayıllı və Göyçay rayonlarında küləklə əlaqədar elektrik enerjisinin verilməsində tez-tez açılmalar olub, hazırda Göyçay rayonun bəzi hissələrində hələ də enerjinin verilməsində məhdudiyyətlər var.

Dünən Göyçay Yanğından Mühafizə Hissəsi külək səbəbindən ümumilikdə 9 çağırışa çıxıb.

3 hektardan çox kolluq və qamışlıq əraziyə vaxtında müdaxilə edilərək baş verə biləcək fəsadların qarşısı alınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az