Sahibkarlarla növbəti görüş Kürdəmirdə keçiriləcək

16:32 - 11 Sentyabr 2023

Sahibkarlarla növbəti görüş Kürdəmirdə keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

 

Manset.az xəbər verir ki, “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Kürdəmir rayonunda görüşü təşkil olunacaq.

Aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” sentyabrın 13-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az