logo
logo logo
logo

Milli Məclisin deputatları Vyetnama səfər edəcəklər

17:57 - 12 Sentyabr 2023

Milli Məclisin deputatları Vyetnama səfər edəcəklər

Milli Məclisin deputatları Könül Nurullayeva və Naqif Həmzəyev sentyabrın 13-də Parlamentlərarası İttifaqın Gənc Parlamentarilərin IX Qlobal Konfransında iştirak etmək üçün Vyetnam Sosialist Respublikasının Hanoy şəhərinə səfər edəcəklər.

 

Bu barədə Manste.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Vyetnam Milli Assambleyası və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən konfrans “Rəqəmsal transformasiya və innovasiya vasitəsilə Davamlı İnkişaf Məqsədlərinə nail olunmasının sürətləndirilməsində gənclərin rolu” mövzusuna həsr edilib.

Səfər sentyabrın 18-də başa çatacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az