logo
logo logo
logo

"Ermənistan monoetnik ölkəyə çevrilir" - Aydın Hüseynov

15:41 - 13 Sentyabr 2023

\"Ermənistan monoetnik ölkəyə çevrilir\" - Aydın Hüseynov

Ermənistanın monoetnik ölkə olmasını oarada yaşayan xalqlara qarşı ayrı-seçkiliyin, dini və milli qarşıdurma, kin və nifrət elementlərinin dövlət siyasətinə çevrilməsində müşahidə etmək olar. Son günlər bu bədnam ölkənin siyasi və ictimai dairələri, erməni lobbisi tərəfindən yəhudilərə qarşı dini diskriminasiya hallarına cəhdlərin, mənəvi təzyiqlərin artması hallarının nəzərə çarpması da bunu təsdiq edir. Belə ki, Ermənistanda qalan sonuncu yəhudilərə artan təzyiqlərin arxasında məhz başqa xalqlara və millətlərə qarşı ekstremizm siyasəti dayanır. Bu, artıq Ermənistanın yəhudilərə qarşı da etnik təmizləmə siyasətinin təzahürü sayıla bilər.

 

Manset.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Millət vəkili qeyd edib ki, son günlərdə erməni lobbisi və radikla qruplar Qarabağda qurama humanitar blokada oyunun Holokost soyqırımı ilə eyniləçdirmək üçün yəhudilərə təzyiqlər edir və bundan Azərbaycana qarşı qarayaxma təbliğatı kimi istifadəyə cəhdlər göstərirlər. Ancaq qardaş İsrail xalqı bu murdar oyunları rədd edərək ermənilərin bu provakasiyasını da fiaskoya uğratdı. Dünyanın müxtəlif yerlərində yaşayan yəhudilər, ravvinlər həmrəyliklə, mütəşəkkilliklə bəyanat verərək Ermənistan rəhbərliyinin Azərbaycana qara yaxmaq və təbliğat məqsədləri üçün Holokostdan istifadə etmək fürsətçilliyinə sərt mövqe bildirdilər, bu sərrast zərbə ilə erməniləri rüsvay etdilər.

A. Hüseynov bildirib ki, Bakı ravvini Zamir İsayevin yəhudilərə müraciəti də erməni ekstremizminin əsil mahiyyətini ifadə edir. Ravvin yəhudilərə üz tutaraq Ermənistanda vəziyyətin dözülməz hal almasını nəzərə alaraq öz təhlükəsizliyi üçün Azərbaycana getmələrini tövsiyə edir. Qeyd edilir ki, onların xilası və nicatı dost və qardaş Azərbaycandadır. Onlar burada səmimi münasibət görə, vətəndaşlıq və təhlükəsizliyə zəmanət ala bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az