Azərbaycanda DƏHŞƏT: Həmkəndlisini öldürüb meşədə basdırdı

12:36 - 14 Sentyabr 2023

Azərbaycanda DƏHŞƏT: Həmkəndlisini öldürüb meşədə basdırdı

Sentyanrın 14-ü saat 9 radələrində Oğuz rayonunun Mollalı kəndindəki meşəlik ərazidə 33 yaşlı Kərimov Toğrul Söhbət oğlunun meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Manset.az-a bildirilib ki, ilkin araşdırma zamanı T.Kərimovu 3 gün əvvəl odlu silahla öldürüb torpağa basdıran şəxsin 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Məmmədov Pərvin Əlfəddin oğlu olduğu müəyyən edilib.

O, könüllü şəkildə ərazi polis orqanına gələrək təslim olub.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az