Naim Cahidzadə Sədərək Rayon İcra Hakimiyyətinə müavin təyin edildi

14:07 - 14 Sentyabr 2023

Naim Cahidzadə Sədərək Rayon İcra Hakimiyyətinə müavin təyin edildi

Naim Cahidzadə Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini təyin edilib.

 

Manset.az xəbər verir ki, o, eyni zamanda müvəqqəti olaraq icra başçısının səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, Naim Etibar oğlu Cahidzadə 1989-cu il avqustun 18-də Şahbuz rayonunun Kolanı kəndində anadan olub. Bu təyinatadək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az