logo
logo logo
logo

Parklanma yerlərinə quraşdırılmış bu nişanın mənası nədir?

18:50 - 14 Sentyabr 2023

Parklanma yerlərinə quraşdırılmış bu nişanın mənası nədir?

Bakıda ödənişli parklanma yerlərini bildirən nişanlar bəzi sürücüləri çaş-baş salır.

 

Manset.az  Avtosfer.az-a istinadən xəbər verir ki, ödənişli parkinqlərdə parklanmanı bildirən 5.15 nişanı ilə yanaşı, üzərində 10, 15, 20 rəqəmləri yazılmış lövhəciyi də görmək olur. Bəzi sürücülər elə anlayır ki, lövhəciyin üzərində yazılmış rəqəmlər dəqiqələri bildirir. Lakin onun mənası tamam başqadır.

Qeyd edək ki, üzərində rəqəmlər yazılmış lövhəcik 7.8 nişanıdır (əlavə məlumat nişanı). Həmin nişan pullu xidmət göstərildiyini bildirir. Yəni, sürücü 7.8 lövhəciyi quraşdırılmış parklanma yerlərinə daxil olursa, deməli, ödəniş ödəməli olacaq. Bu lövhəcik olmayan parklanma yerlərində ödəniş tələb olunması qadağandır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az