“Veysəloğlu” şəhid övladlarını məktəb ləvazimatları ilə təmin edən layihəyə dəstək oldu

16:50 - 15 Sentyabr 2023

“Veysəloğlu” şəhid övladlarını məktəb ləvazimatları ilə təmin edən layihəyə dəstək oldu

1152 şəhid övladı hədiyyə qutusu ilə təmin edildi

Veysəloğlu Şirkətlər Qrupu "YAŞAT" Fondu tərəfindən yeni tədris ilinin başlanması ilə bağlı həyata keçirilən “Məktəbli ləvazimatları” layihəsinə dəstək olub.

Manset.az xəbər verir ki, layihə çərçivəsində respublikanın bütün ərazisi üzrə 678 şəhidin 1152 məktəbli övladına hədiyyə qutusu hazırlanıb və aidiyyəti üzrə çatdırılıb. Qutulardan 35-i Naxçıvan Muxtar Respublikasında yaşayan məktəbli şəhid övladlarına təqdim edilib.

Hədiyyə qutularının çatdırılması Şirkətlər Qrupuna daxil olan “AVT Logistics” tərəfindən həyata keçirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az