logo
logo logo
logo

Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu

08:58 - 16 Sentyabr 2023

Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu

Sentyabrın 15-i saat 23:55-dən sentyabrın 16-sı 00:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil və Basarkeçər rayonunun Dərə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng və Qalakənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.


Bu barədə Manset.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az