logo
logo logo
logo

Ermənistan qoşunlarını Qarabağdan çıxarır - Paşinyanın "tələbələri"nin QAÇIŞI

09:27 - 16 Sentyabr 2023

Ermənistan qoşunlarını Qarabağdan çıxarır - Paşinyanın \"tələbələri\"nin QAÇIŞI

Ermənistanın Qarabağla bağlı ümidinin üstündən xətt çəkilir. Bir neçə gün öncə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu TIR Ağdam rayonundan keçərək Xankəndiyə çatması deməyə əsas verir ki, Azərbaycanın planları və hədəfləri ilə yanaşı Ermənistan qarşısındakı tələblərinin də dəyişəcəyi gözləniləndir.

 

Ermənistan tərəfi yaxşı anlayır ki, Azərbaycan istənilən an öz ərazi bütövlüyünə olan bütün təhlükə və təhdidləri dəf etmək üçün praktiki addımlar ata bilər. Azərbaycan Ordusu tamamilə hazırdır. Qarabağdakı qondarma rejim qalıqları bir gecədə ərazilərimizdən təmizlənə bilər. Hazırda bunun üçün Azərbaycanın 3 il əvvəllə müqayisədə imkanları daha çoxdur. BUra həm hərbi texnika, həm ordunun döyüş hazırlığı, həm də strateji ərazi məsələsini daxil etmək olar.

Qarabağda baş verən son proseslərə əsasən düşünə bilərik, qondarma rejim qalıqları və onların idarəçiliyi altında olan qeyri-qanuni erməni silahlı birləşmələri təhlükənin onlara şah damarları qədər yaxın olduğu ilə bağlı ilk siqnalları artıq qalıblar. Bir təırəfdən sepparatçı rejimin qondarma "rəhbəri" Araik Arutyunyan istefa verdi, digər tərəfdən isə Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələri "tələbə" adı ilə Azərbaycanı tərk etmək üçün növbəyə dayanıblar. 

Artıq son 3 gündə üçüncü anoloji hadisənin şahidi olduq. İki cərgə boy sırası ilə düzülən erməni gənclər "tələbə" olduqlarını bildirərək Laçın Sərhəd Buraxılış Məntəqəsində sərhədçilərimizin nəzarəti ilə üzü Ermənistana yola düşüblər. KAdrlarda həmin şəxslərin simasına baxanda tələbədən çox quldur, ölümdən qorxub, canını qurtarmaq istəyən silahlı birləşmə üzvü təsüratı bağışladıqlarını yəqin ki, tək mən görümürəm. Bəli, bu torpaqlara işğalçı kimi gələn ermənilər Azərbaycanın onlara verdiyi son şansı "dəyərləndirmək" qərarı verib.

Erməni bloger Karen Şirinyan Azərbaycanın Qarabağ bölgəsindən hərbi yaşda olan kişilərin kütləvi şəkildə qaçmasına münasibət bildirərkən qeyd edib ki, “Şöbələrə xüsusi xəbərdarlıq edirəm. Hörmətli “prokurorluq”, “polis” və “SNB” necə olur ki, qadınlar, uşaqlar, qocalar Qarabağı tərk edə bilmir, bu “post zabitləri” (Deməli, bu adamlar quldur birləşmələrinin postlarında xidmət ediblər – red.) gedir? Deməyin ki, mən Qarabağın “mühafizəçilərini” tənqid edirəm, belə bir şey yoxdur deməyin. İndi keçid məntəqəsindən kim keçirsə, türklər şəkil çəkdirib dərc edirlər.

Heç deməyin ki, onlar (Qarabağdan gedənlər - red.) impotentdirlər, müalicəyə gedirlər, ya da hemoroid olub müayinəyə gedirlər. Mən buna qarşı deyiləm, qoy getsinlər, amma necə olur ki, hamı gedə bilmir. Müharibə vaxtı isə belə qoyunlar arvadlarının ətəyinin altına girib qaçırdılar, İrəvanda əylənirdilər..., hə, sözümü deyəcəyəm, utanmıram da".

Vəziyyət separatçılar üçün göründüyündən də qəlizdir. Əslində isə Azərbaycan problemin sadə həlli yolunu artıq xeyli zamandır qarşı tərəfə bəyan edib: Qarabağdakı erməni silahlıları ölmək istəmirsə ərazilərimizi tərk etməlidirlər.

Bu qaydaya əməl etməyənləri isə hansı cəzanın gözlədiyini Azərbaycan dövləti və onun güc strukturları bilir. Nə qədər müqayisəsi gülünc görünsə də qondarma rejimi tarakandan qeyri həşəratla müqayisə etmək ağlımdan keçmədi. Əgər tarakan mətbəxdə doğulubsa, bu o demək deyil ki, mətbəx onundur! İndi bir məsələni daha yaxşı başa düşə bilərik. Tarakanların olduğu evdə "Dixlofos" istifadə edəndə bütün pəncərə və qapılar da ona görə bağlanırmış ki, hərəkəti üçün müəyyən vaxtı olsun və həmən yerdən tez bir zamanda çıxıb getsin. Əks təqdirdə ölümü qaçılmazdır. 

Situasiya eynidir! Qondarma rejim qalıqları ya öz xoşluqları ilə qısa zamanda Qarabağı tərk edəcəklər, ya da ölümlərinə vəsilə olacaqları hər kəsi bəllidir. 

Ermənistanın Qarabağdakı muzdlularının "tələbə" adı ilə sovuşub, aradan çıxması ilk növbədə onların daha çox yaşaması deməkdir, digər tərəfdən də Azərbaycan ordusunun gülləyə qənaət etməsinə səbəbdir. Ermənistan və qondarma rejim anlamalı idi ki, Xankəndində qondarma "seçki" keçirtməklə, Azərbaycan dövlətinə beynəlxalq ictimaiyyətin gözü önündə bir daha zəmin yaratdılar. Bu isə o deməkdir ki, onları Azərbaycanın əlindən nə alan olacaq, nə də qoruyan tapılacaq. 

Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarət zonasında bütün ərazilər birmənalı olaraq Azərbaycanın legitim ərazisidir. Xankəndi daxil, bütün bölgələrdə qayda - qanun yaratmaq yalnız Azərbaycanın haqqıdır, hüququ vəzifəsidir, işidir. Bunu artıq Kreml də qəbul edib. Putinin son açıqlamaları bir daha hər şeyi aydın şəkildə ortaya qoydu. Kreml rəhbəri "Qarabağın Azərbaycanın bir hissəsi olsuğunu Ermənistan tanıyıbsa biz nə edə bilərik?!" deməklə, dolayısı yolla növbəti dəfə və daha açıq formada "Qarabağ Azərbaycandır!" mesajı verdi. 

Artıq heç bir ermənipərəst qüvvə və havadarı Azərbaycana mane ola bilməyəcək. Erməni separatçıların və Ermənistanın ilk və son ağıllı qərarı o ola bilər ki, Azərbaycana qarşı müqavimət göstərməyi ağıllarından keçirməsinlər və Bakının şərtləri qeyd-şərtsiz qəbul edərək sülh yolunda vacib addım atsın. Çünki Bakının şərtləri istənilən gedişatdan asılı olmayaraq reallığa çevriləcək. Lakin ondan sonra Ermənistanın mövcudluğu yenə də reallıq olacaq ya yox, bax o artıq sual işarəsidir... 

 

Atabəy Türkel


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az