ANAMA-nın avtobusu Laçında qəza etdi - Xəsarət alanlar var

14:48 - 16 Sentyabr 2023

ANAMA-nın avtobusu Laçında qəza etdi - Xəsarət alanlar var

Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verir ki, 2023-cü il 16 sentyabr tarixində Laçın rayonu ərazisində Agentliyə məxsus avtobus qəzaya uğrayıb.

Manset.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Avtobusda olan Agentliyin 3 nəfər əməkdaşı yüngül xəsarətlər alıb. Xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanaya təxliyyə ediliblər.

Xəsarət alan şəxslərin vəziyyəti stabildir. Həyatları üçün təhlükə yoxdur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az