Xəbər verdiyimiz kimi, Xocavənd rayonunun Tağaverd kəndi ərazisində erməni diversiya qrupunun törətdiyi terror aktı nəticəsində 6 nəfər (AAYDA-nın 2, DİN-in 4 əməkdaşı) həlak olub.
Manset.az həmin terror hadisəsində həlak olan 1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlunun fotosunu əldə edib.
Qeyd edək ki, Xəzər Zamanovun əmisi Aydın Zamanov da 1990-cı illərdə naxçıvan MR Sədərək rayonunda gedən döyüşlər zamanı şəhid olub.
Manşet.az
Fotoda: Şəhid Aydın Zamanov