“Azəriqaz”dan açıqlama

13:36 - 22 Sentyabr 2023

“Azəriqaz”dan açıqlama

SOCAR “Azəriqaz” İstehsalat Birliyi növbəti qış mövsümünə tam hazırdır.

 

Manset.az xəbər verir ki, bu barədə SOCAR “Azəriqaz” İstehsalat Birliyinin (İB) Abonentlərə Xidmət Şöbəsinin rəis müavini Vüqar Səmədov bu gün keçirilən “Açıq qapı” günündə məlumat verib.

O bildirib ki, fövqəladə hallar istisna olmaqla qurum olaraq qışa tam hazırdırlar:

“Təbiət hadisələri, sel, daşqınlar baş vermədiyi müddətcə “Azəriqaz” olaraq abonentlərin təbii qazla təchizatı normativlərə uyğun formada aparılacaq”.
Qeyd edək ki, bu ilin 1 sentyabr tarixinə İB üzrə 2 554 min nəfər abonent var, bunun da 2 milyon 513 mini əhali, 41 492-si qeyri-əhali abonent qrupuna aiddir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az