Şuşada bir nəfərin minaya düşməsi faktı ilə bağlı araşdırmalara başlanıldı

16:38 - 22 Sentyabr 2023

Şuşada bir nəfərin minaya düşməsi faktı ilə bağlı araşdırmalara başlanıldı

Şuşanın Xəlfəli kəndi ərazisində mina partlaması nəticəsində bir nəfərin xəsarət alması faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.

 

Baş Prokurorluğun Mətbuat Xidmətindən Manset.az-a daxil olan məlumatda bildirilir ki, sentyabrın 22-də saat 12 radələrində Şuşada bərpa-quruculuq işləri həyata keçirən şirkətlərdən birinin əməkdaşı, 1965-ci il təvəllüdlü mülki şəxsin rayonunun Xəlfəli kəndi ərazisində buldozerlə iş görən zaman yolda basdırılmış minanın partlaması nəticəsində  xəsarət alması faktı üzrə Şuşa Rayon Prokurorluğunda araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az