Sumqayıt Dövlət Universitetinin əməkdaşı Samin Qocayev vəfat edib.
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, 37 yaşlı müəllimin səhər saatlarında qəfil ürəktutmasından dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, S.Qocayev 2014-cü ildən universitetdə Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa Tarixi kafedrasında baş müəllim vəzifəsində çalışıb.