Dövlət qulluğunda bu vəzifələr üzrə test imtahanı keçirildi

18:33 - 08 Oktyabr 2023

Dövlət qulluğunda bu vəzifələr üzrə test imtahanı keçirildi

Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.

 

Bu barədə Manset.az-a DİM-dən bildirilib.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 8 binada təşkil olunub. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 188 nəzarətçi‑müəllim, 30 buraxılış rejimi əməkdaşı ayrılıb.

Oktyabrın 9-dan etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az