ADU-da Çin Stolüstü Oyunlar Klubu açıldı - FOTOLAR

11:10 - 12 Oktyabr 2023

ADU-da Çin Stolüstü Oyunlar Klubu açıldı - FOTOLAR

Azərbaycan Dillər Universitetində (ADU) Çin Stolüstü Oyunlar Klubu fəaliyyətə başlayıb.

 

Manset.az xəbər verir ki, ADU-nun Konfutsi İnstitutunun müəllimləri uşaqlara çin dilini oynaq üsulla öyrətmək metodik yanaşmasına və onların Çin dilini bilmə səviyyəsinə uyğun olaraq bir sıra müxtəlif növ uşaq intellektual stolüstü oyunları hazırlayıblar.

Çin dilində keçirilən maraqlı “Pişiklər planeti”, “Mən deyə bilmərəm və göstərə bilmərəm” və digər oyunlar uşaqlara şifahi ünsiyyətdə maneələri dəf etməyə, real ssenarilərdə öz leksikonunu genişləndirməyə və Çin qrammatikası və heroqliflər üzrə biliklərini təkmilləşdirməyə kömək edib.

ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun qeyd etdiyi kimi, ənənəvi Çin uşaq intellektual oyunları Çin mədəniyyətinin ayrılmaz hissəsi olmaqla, öyrənmə ilə sıx bağlıdır, uşaqların dünyagörüşünü və intellektini genişləndirir.

Uşaq müxtəlif çin tapmacaları və dil bükmələri Konfutsi İnstitutunun tələbələrinin Çin dili üzrə biliklərini inkişaf etdirməyə və uşaqların Çinin tarixi və mədəniyyəti ilə tanış olmasına kömək edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az