Xaçatryanın məhkəməsi keçirilir - YENİLƏNİR

10:14 - 13 Oktyabr 2023

Xaçatryanın məhkəməsi keçirilir - YENİLƏNİR

Məhkəmə başlayıb.

***

Bu gün Qarabağın Meşəli kəndində mülki əhalinin qətlində ittiham olunan Vaqif Xaçatryanın cinayət işi üzrə hazırlıq iclası keçiriləcək.

Manset.az oxu.az-a istinadən xəbər verir ki, Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmə prosesi saat 10:15-də başlayacaq.

Xatırladaq ki, 29 iyul 2023-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub.

Həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib. Sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Bildirək ki, Vaqif Xaçatryan qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərə qarşı törədilmiş soyqırımı və deportasiyada iştirakda ittimam olunur


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az