Dəmiryoldan keçərkən telefondan istifadə qadağan edildi

13:28 - 21 Dekabr 2023

Dəmiryoldan keçərkən telefondan istifadə qadağan edildi

Dəmiryolu keçərkən mobil telefondan və (və ya) qulaqcıqdan istifadə etmək qadağan edilib.

 

Manset.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Dəmiryol nəqliyyatının yüksək təhlükəli zonalarında vətəndaşların olması, obyektlərin yerləşdirilməsi və işlərin aparılması Qaydaları”nda əksini tapıb.

Qərara əsasən, yüksək təhlükəli zonalarda olan vətəndaşlar tərəfindən dəmir yolunu keçərkən mobil telefondan və (və ya) qulaqcıqdan istifadə etmək, dəmiryol relslərinin üzərində olmaq (oturmaq, hərəkət etmək və s.), tiyə və rama relsi arasında dayanma hərəkətlərinə yol verilməməlidir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az