Bəzən insanı ölkəsinə görə tanıyarlar, bəzən də ölkəni insanına görə. İkincilər nadir şəxsiyyətlərdir və həyatları boyu öz xalqına xidmət etdikləri kimi, ölümdən sonra da bu xidməti davam edir, xüsusilə mənsub olduğu xalqı, ölkəni tanıtmaq baxımındır...
Əgər siz Sloveniyada “Azərbaycandanam” desəniz sizi tanıyacaq, hörmət edəcəklər. Çünki bu ölkədə məşhur azərbaycanlı “Mixaylo” dillər əzbəridir.
“Mixaylo” ləqəbli Azərbaycanlı partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə ölümündən sonra da Azərbaycana xidmət edir, II Dünya müharibəsindən 78 il keçməsinə baxmayaraq, “Mixaylo” döyüşdüyü Avropa ölkələrində Azərbaycanın, azərbaycanlıların vizit kartlarından biridir.
Bu qürurla səfər etdiyim Sloveniyada hörmət və minnətdarlıqla qarşılanmağımda da “Mixaylo”nun payı az deyil. Ancaq Mehdi Hüseynzadənin abidəsinin qoyulduğu Maribor şəhərində heç də ürəkaçan mənzərə ilə qarşılaşmadım. Təqribən 3-4 ildir ki, qoyulan abidə faktiki baxımsız vəziyyətdədir, nə heykəlin özünün, nə də ətrafının baxımı həyata keçirilmir. “Mixaylo” unudulmuş, atılmış şəkildə oradan boylanmaqdadır.

Bu abidə 2015-ci ildə ucaldılıb. Ancaq son 4 ildir ki, abidəyə diqqət göstərən yoxdur. Qısa müddət ərzində abidənin vəziyyəti acınacaqlı hala düşüb. Bu necə ola bilər axı? Abidə açılır, təqdimat olunur, səfir dəyişir, sonra abidənin başına nə işə gəldi, hansı vəziyyətə düşdü, Azərbaycan səfirliyi üçün maraqlı deyilmi? Məhz bu səbəbdən də qürur hissi ilə Sloveniyaya səfər edən hər bir azərbaycanlı Mehdi Hüseynzadənin abidəsini görəndə xəcalət hissinə bürünəcək, əmin olun! Çünki eyni hissi mən yaşadım. Baxımsız vəziyyətdə olan abidənin ətrafını ot-alaq basıb, işıqlandırılması isə borca görə dayandırılıb. Orada olarkən, əlimdən gələni etdim, abidənin ətrafını təmizlədim, kiçik də olsa abadlaşdırmağa çalışdım...
Bu gün – 22 dekabr Mehdi Hüseynzadənin doğum günüdür, ən azı ruhunun şad olması, həm də adı dillər əzbəri olan azərbaycanlı oğulun abidəsinə baxıb, Azərbaycan haqqında pis düşünməsinlər deyə nələrsə etməyə cəhd göstərdim. Lakin bununla iş bitmir, məsələ səfirliyimiz tərəfindən nəzarətə götürülməli və təcili olaraq abidənin və ətradının abadlaşdırılması təmin edilməlidir. Həm də bundan sonra daim nəzarətdə saxlanılmaldır.

Görünür, Azərbaycan səfirliyinin başı qarışıb şəxsi məsələlərə, nə Mehdi Hüseynzadəni düşünürlər, nə də əcənəbilərin ölkəmizlə bağlı olan rəylərini. Üzləşdiyim mənzərədən çıxan nəticə budur.
Mənə ən pis təsir edən isə qonağı olduğum dostum, Sloveniya Parlamentinin keçmiş deputatı, Kunquta şəhər merinin müavini Rudi Matjasicin mənə irad bildirməsi idi. Rudi Matjasic bildirdi ki, artıq 3-4 ildir səfirlik abidə ilə maraqlanmır, elektrik enerjisinin pulu isə 4 ildir ödənilmir, borc yaranıb. Ona görə də abidənin önündəki elektron məlumat lövhəsi işləmir. Əslində, bu irad hər birimiz üçün, ümumilikdə Azərbaycan üçün söylənilib. Belə görünür ki, səfiriliyimizin yarıtmaz fəaliyyətinə görə ölkəmiz haqqında öz şəxsiyyətlərinə sahib çıxmayan imici yaranıb.
Onu da bildirim ki, Rudi Matjasic Azərbaycanı təmənnasız sevən avropalı dostlarındandır. O, indiyə qədər erməni yalanlarının ifşası və Xocalı həqiqətlərinin Avropada tanıdılması ilə bağlı Azərbaycan dövləti üçün böyük işlər görüb. Onun təşəbbüsü ilə Mərkəzi Avropada ilk və son dəfə Xocalı faciəsi terror aktı kimi parlament səviyyəsində tanınıb və pislənilib. Erməni lobbisinin güclü olduğu Avropada bu qədər cəsarətli siyasi mövqe sərgiləmək elə də asan məsələ deyil.

Rudi Matjasic mənimlə söhbətində bildirdi ki, Xocalı faciəsinin tanıdılması ilə bağlı Sloveniya Parlamentində qəbul edilən qərardan sonra erməni lobbisinin ciddi təzyiqləri ilə üzləşir. Belə bir adamın iradı da təbii ki, dost iradıdır və Azərbaycanı sevdiyi üçün o da narahatdır. Azərbaycanın böyük dostunun - Rudi Matjasicin Mehdi Hüseynzadənin abidəsinin baxımsız vəziyyətdə qalması ilə bağlı iradlarını dinləmək lazımdır. Yaxşı olardı ki, Azərbaycan səfirliyi 22 dekabrda - Mehdi Hüseynzadənin ad günündə onun abidəsinin adablıq işlərini həyata keçirməyə başlasın, utancverici mənzərəni aradan qaldırsın. Əks təqdirdə, bu təkcə səfirliyimiz üçün yox, Azərbaycanımız üçün başıucalıq gətirməyəcək.
Gördüklərimdən bir nəticəni çıxardım. Mehdi Hüseynzadənin qəhrəmanlığını əks etdirən filmdə deyildiyi kimi, “Mixaylo şəhərdədir”, amma 4 ildir ki, Azərbaycan səfirliyinin “qəbuluna düşə bilmir”.
Vasif Həsənli
Demokrat.az xəbər portalının baş redaktoru
“Mixaylo” 4 ildir Azərbaycan səfirliyinin “qəbuluna düşə bilmir”...
16:28 - 22 Dekabr 2023
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
04 Noyabr 2026 - 11:08
Uşağın doğulmasına görə müavinət 900 manat artırılır
04 Noyabr 2026 - 15:55
Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - YENİLƏNDİ(FOTOLAR)
04 Noyabr 2026 - 11:25
AZAL-a ayrılacaq vəsait açıqlandı
04 Noyabr 2026 - 01:35
Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - YENİLƏNDİ
04 Noyabr 2026 - 15:57
İlham Əliyevdən Kamran İmanovla bağlı SƏRƏNCAM
04 Noyabr 2026 - 11:10
3 yaşınadək uşağı olan analara hər ay 100 manat veriləcək
04 Noyabr 2026 - 12:01
“Toyota Prado” ana və arabadakı körpəsinin üstündən keçdi - ANBAAN VİDEO
03 Noyabr 2026 - 23:32
2 nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı
03 Noyabr 2026 - 22:33
Gəncədə 88 yaşlı qadın öldürüldü - Bacısı oğlu şübhəlidir
03 Noyabr 2026 - 22:16
Goranboyda ağır QƏZA - Sərnişin öldü
03 Noyabr 2026 - 23:17
Leyla Əliyeva “Sayrışan simvollar” sərgisindən paylaşım etdi - VİDEO
04 Noyabr 2026 - 00:30
Yuxusuzluğun səbəbi otaqdakı temperatur ola bilər
Xəbər xətti
- 04 Noyabr 2026
- 21:52 Lənkəranda ova gedən kişinin meyiti tapıldı
- 21:33 4 tibb müəssisəsində ciddi nöqsanlar - Rəhbərlər işdən çıxarıla bilər
- 21:15 Bu yollarda təmir işləri aparılacaq - Sürücülərin NƏZƏRİNƏ
- 20:54 Estoniyanın XİN başçısı Azərbaycana gələcək
- 20:35 Maştağada ruhi xəstələri ələ salan şəxslər cəzalandırıldı
- 20:16 Ər-Riyadda hava limanına zərbə endirildi
- 19:54 Ağsuda evdən qadın meyiti tapıldı
- 19:34 Gəncədə 88 yaşlı qadını bacısı oğlu öldürüb? - TƏFƏRRÜAT
- 19:17 Meteohəssas insanların NƏZƏRİNƏ
- 19:16 İlham Əliyevə təbriklər gəlir - YENİLƏNİR
- 18:56 Ucarda maşın lövhəyə çırpıldı - Xəsarət alan var
- 18:39 Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı PAYLAŞIM
- 18:27 “Evdə oturmuşduq, birdən anam qışqırdı...” - Ləman həmin gündən danışdı...
- 18:14 Hazırda 16 yolda tıxac var - SİYAHI
- 17:57 Tramp seçki məğlubiyyətinə görə bu telekanalı günahlandırdı - “İtkilərə görə məsuliyyət daşıyırlar”
- 17:55 FIFA AFFA-ya təşəkkür etdi
- 17:50 Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar
- 17:49 “Ölkəni yeni müharibəyə sürükləməyin” - Livanın Baş nazirindən Hizbullaha xəbərdarlıq
- 17:46 Böyük Britaniya kralı kölə ticarətinə görə üzr istəyəcək
- 17:45 Bakı məktəblərinə müəllim qəbulu MİQ portalı üzərindən davam edəcək
- 17:38 Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
- 17:32 "Sabah"ın bugünkü oyununu hansı TV göstərəcək?
- 17:26 "Müavinət artımları ilə bağlı yayılan məbləğlər yekun deyil" - Nazirlik
- 17:20 Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
- 17:19 İsraildə seçkilərin rəsmi nəticələri AÇIQLANDI
- 17:16 İstanbulda iki avtobus toqquşdu - Xəsarət alanlar var
- 17:12 “Yeni hücumlar daha genişmiqyaslı cavabla qarşılanacaq” - Müctəba Xamenei ABŞ-yə xəbərdarlıq etdi
- 17:01 Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi
- 16:58 ABŞ-də təyyarə qəzasında ölənlərin kimliyi məlum oldu - Bir ailənin dörd üzvü həlak oldu
- 16:55 Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
- 16:53 Maykl Ceksonun qızı məhkəməyə müraciət etdi - 600 milyon dollar tələb olunur
- 16:50 Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
- 16:44 Hazır mənzilini seç, yeni evinə köç! - "Kristal"dan unikal təklif
- 16:42 Aİ vətəndaşlara fövqəladə vəziyyət xəbərdarlığı etdi
- 16:29 Torpağın sotunun qiyməti 16 min manatı ötdü - Kəskin bahalaşma
- 16:24 İspaniyada dəmir yolu faciələri istefa ilə nəticələndi - Nəqliyyat naziri vəzifəsindən ayrıldı
- 16:02 Kraliça müalicə üçün gizli səfər etdi
- 16:01 Bakıda üzərlərindən maşın keçən ana və körpəsinin SON DURUMU
- 15:57 İlham Əliyevdən Kamran İmanovla bağlı SƏRƏNCAM
- 15:55 Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzində - YENİLƏNDİ(FOTOLAR)
- 15:51 Fransada qan mərkəzlərinə kiberhücum edildi
- 15:50 Vəkillər Kollegiyasının rəhbərliyi vəkillər üçün keçirilən təlimdə iştirak etdilər - FOTOLAR
- 15:45 Fransada rusiyalı cəsus siqnalı
- 15:38 Bakıda kollecdə qan töküldü - Tələbəyə 6 bıçaq zərbəsi vuruldu
- 15:28 Yeni sədrə 2 müavin təyinatı - Biri sabiq nazirin oğludur
- 15:23 Efiopiyada silahlı toqquşmalar - Üsyançı lider öldürüldü
- 15:17 Tələbə qızların şəkillərini icazəsiz yayıb pul tələb edirlər? - VİDEO
- 15:15 ABŞ-də aralıq seçkilər tarixə düşdü - İlk müsəlman senator...
- 15:08 Leyla Əliyeva "Nine senses" incəsənət mərkəzindən paylaşım etdi
- 15:03 Məşhur çipslərdə zəhərli metal aşkarlandı - 25 min qablaşdırma geri çağırılır
- 14:45 Anar Bayramov 16 illik direktoru işdən çıxardı