Sosial şəbəkələrdə yeni dələduzluq: Diqqətli olun - FOTO

11:15 - 05 Yanvar 2024

Sosial şəbəkələrdə yeni dələduzluq: Diqqətli olun - FOTO

İnsanların saflığından istifadə edərək onların pulunu mənimsəyən dələduzların sayı getdikcə artmaqdadır. Bu qədər xəbərdarlıqlara baxmayaraq nə onların sayı azalır, nə də onlara inananların . Bu gün sosial şəbəkələrdə dələduzluğun yeni növü meydana çıxıb və insanların kartında olan bütün məbləğ rahatlıqla mənimsənilir.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, bununla bağlı saytmıza zərərçəkmiş şəxs məlumat verib.

Onun sözlərinə görə, “Lalafo” saytı adından ona mesaj gəlib. Mesajda “təbrik edirik, siz lalafo.az uduş müsabiqəsinin qalibi oldunuz və 450 manat qazandınız. Onu kartınıza əlavə edin” -yazılıb.

Və belə bir link göndərilib. https://kapitalbank.ltakke.site/885985

Linkə daxil olarkən kartın nömrəsi və telefon nömrəsi tələb olunub. Sonra isə nömrəyə gələn 4 rəqəmli kod. Kodu yazan kimi şəxsin kartında olan bütün pullar dələduzların hesabına keçib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az