Faciəvi şəkildə ölən biznesmenin FOTOSU

11:09 - 12 Yanvar 2024

Faciəvi şəkildə ölən biznesmenin FOTOSU

Xəbər verildiyi kimi, Lənkəran rayonunun Vilvan kəndində ağır yol qəzası baş verib.

 

Manset.az publika.az-a istinadən xəbər verir ki, rayonun Xarxatan kəndində yaşayan 1968-ci il təvəllüdlü Natiq Məmmədovun idarə etdiyi "Mersedes 600" markalı avtomobil yol kənarındakı ağaclara və elektrik dirəyinə çırpılıb.

Nəticədə ağır xəsarət alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib.

Qeyd edək ki, vəfat edən şəxs Lənkəranda məşhur "Nat petrol" yanacaqdoldurma məntəqəsinin sahibi olub və iş adamı kimi tanınıb.

Vəfat edən biznesmenin fotosunu təqdim edirik.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az