“Kapitan Marvel”in ulduz aktyoru dünyasını dəyişdi

12:12 - 26 Fevral 2024

“Kapitan Marvel”in ulduz aktyoru dünyasını dəyişdi

Bir müddətdir ALS ilə mübarizə aparan "Star Trek" və "Kapitan Marvel" filmlərinin ulduzu Kennet Mitçel 49 yaşında dünyasını dəyişib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə aktyorun İnstaqram hesabından açıqlama verilib.

ALS xəstəliyindən həyatını əlil arabasında davam etdirən aktyorun ölümü sənət dünyasını yasa boğub.  

İnstaqram hesabında bu ifadələr yer alıb:

“Böyük kədər hissi ilə sevimli ata, qardaş, dayı, oğul, əziz dost və bir çoxlarının sevdiyi Kennet Alexander Mitchell-in vəfatını bildiririk. Dörd il yarımdır ki, Ken ALS-nin yaratdığı çətinliklərlə savaşır. O, hər gününü bir mükafatmış kimi yaşadı və bizi heç vaxt tək qoymadı".

Kanadada anadan olan Mitçel aktrisa Syuzan Mey Pratt ilə evli idi və iki övladı var.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az