"Hizbullah" İsrailin "Hermes 450" pilotsuz təyyarəsini vurdu - VİDEO

14:54 - 26 Fevral 2024

\"Hizbullah\" İsrailin \"Hermes 450\" pilotsuz təyyarəsini vurdu - VİDEO

"Hizbullah" hərəkatı Livan ərazisi üzərində İsrailə məxsus "Hermes 450" pilotsuz təyyarəsini vurduğunu açıqlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb. 

“The Times of Israel” yazır ki, İsrail Müdafiə Qüvvələri (SAXAL) bu məlumatı təsdiqləyib.

"Davudun sapandı" hava hücumundan müdafiə sistemi "Hizbullah"ın SAXAL-a məxsus pilotsuz təyyarəyə atdığı birinci raketini ələ keçirib. Lakin Livan tərəfi tezliklə ikinci raket ataraq pilotsuzu vurub. Pilotsuz təyyarə İsrailin-Livan sərhədinə düşüb.

Qeyd edək ki, bu gün Afula şəhəri yaxınlığında hava zərbələrindən sonra xəbərdarlıq sirenləri işə düşüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az