Şahzadə Salman dünyəvi dövlət gətirir

16:45 - 26 Fevral 2024

Şahzadə Salman dünyəvi dövlət gətirir

Səudiyyə Ərəbistanında 2034-cü il Dünya Çempionatı üçün istifadə veriləcəyi gözlənilən yeni Şahzadə Məhəmməd bin Salman stadionunun təqdimatı keçirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, təqdimatda dünyəvi dövlət nizamı və qadınların sərbəst geyinmə imkanları vurğulanıb.

Stadion 200 metr yüksəklikdəki Tuveyq dağlarında tikiləcək. Stadionun perimetrinin ümumi uzunluğu 1,5 kilometrə qədər olan nəhəng ekranlarla örtüləcəyi açıqlanıb.

Bundan əlavə, stadionun döşəməsinin sökülərək yenidən yığıla biləcəyi, burada futbol matçları ilə yanaşı, reqbi, boks, qarışıq döyüş növləri və e-idman yarışlarının da keçiriləcəyi qeyd edilib.

Bildirilib ki, stadionun ilin bütün aylarında istifadə oluna bilməsi üçün ekoloji cəhətdən təmiz kondisioner sistemi də olacaq. Böyük enerji sərfiyyatının qarşısını almaq üçün stadionun altında süni göl yaradılacaq və bu göldə yığılan yağış sularının buz divarına vurulması nəticəsində əldə edilən soyuq havadan stadionun soyudulması üçün istifadə olunacağə bildirilib.

Əfsanə Rəcəb

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az