ABŞ-ın Texas ştatında Meyson Herrinq adlı şəxs ayrılmaq istədiyi 10 illik həyat yoldaşı və iki övladının anası Ketrin Herrinqə qarşı etdiyi əmələ görə qınaq obyektine çevrilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ketrin yaxın vaxtlarda ərini iş yoldaşına uyğunsuz mesajlar yazarkən yaxalamış və Meysonu bağışlamışdı. Çünki o, bu zaman hamilə idi. Meyson isə bu körpəni istəmədiyini söyləyib. Lakin Texasda abort qanunları sərt olduğundan abort etmək çox çətin idi. Ketrin ərinə özünü toplaması üçün vaxt verib. Bu arada o, münasibətlərinin yaxşılaşdığını düşünüb. Çünki əri ilə münasibətləri qaydasına düşmüşdü.
Bir gün Meysonhəyat yoldaşı üçün səhər yeməyini yatağına gətirdikdən sonra Ketrin körpəsini itirmək təhlükəsi ilə üz-üzə qalıb. O, ərinin onu zəhərləməsindən şübhələnib. Çünki ərinin ona verdiyi suyun rəngi bulanıq idi və Meysonh onu tələsik içməyə vadar edirdi. Ketrin bununla bağlı bir detektiv tutub və kamera qoyulub. Ketrin şübhələrində haqlı olub. Evdə uşaq salmaq üçün istifadə edilən dərmanlar tapılıb. O, ərinə qarşı iddia qaldırıb. Meyson həbs edilib. Ona üçüncü övladını görmək qadağan edilib. Vaxtından əvvəl doğulan uşaq atasına görə inkişaf problemləri yaşayır.
Əfsanə Rəcəb
Manşet.az