Ərdoğanla Putin bu tarixdə görüşəcək

23:14 - 12 Mart 2024

Ərdoğanla Putin bu tarixdə görüşəcək

Vladimir Putinin Rusiyada prezident seçkilərindən sonra Türkiyəyə səfəri gözlənilir.

 

Manset.az report.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində xarici səfirlər qarşısında çıxışında deyib.

"Biz Qara dənizdə hər iki qonşumuzla (Rusiya və Ukrayna nəzərdə tutulur - red.) dialoqumuzu davam etdiririk. Seçkilərdən sonra Rusiya prezidenti Vladimir Putini qəbul edəcəyik", - Ərdoğan bildirib.

Qeyd edək ki, fevralın sonunda Putin Ərdoğanla telefon danışığı aparıb və bu zaman o, Türkiyəyə səfərini çox gecikdirməyəcəyini açıqlayıb.

Səfər zamanı İstanbul prosesi üzrə danışıqların davam etdiriləcəyi, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmaların əldə olunacağı proqnozlaşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az