“Suits” serialı ilə adından söz etdirən Meqan Markl ögey bacısı Samanta Marklın açdığı 75 min dollarlıq böhtan işini qazanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hakim Charlene Honeywell işi rədd edib.
Beləki, Markl və əri Şahzadə Harri iki il əvvəl məşhur teleaparıcı Opra Uinfriyə müsahibə vermişdi.
Samantha Markle fevral ayında məhkəməyə müraciət edərək, bacısın onun haqqında söylədiyi bəzi ifadələrin yalan olduğunu iddia etmişdi.
58 yaşlı Samanta Markl açıq-aşkar yalan və pis niyyətli kimi təsvir etdiyi ifadələrin alçaldıcı və nifrət dolu olduğunu müdafiə etmişdi.
Əfsanə Rəcəb
Manşet.az