İsveç parlamenti əsgərlərin sayını artırmağı tövsiyə etdi

21:34 - 26 Aprel 2024

İsveç parlamenti əsgərlərin sayını artırmağı tövsiyə etdi

İsveç Parlamentinin Müdafiə Komitəsi öz hesabatında ölkənin illik müdafiə xərclərini və əsgərlərin sayını artırmağı tövsiyə edib.

 

Manset.az  xəbər verir ki, komitə ölkənin NATO-ya üzvlüyündən sonra müdafiə ilə bağlı tövsiyə hesabatı dərc edib.

Hesabatda İsveçin illik müdafiə xərclərinin 2030-cu ilə qədər təxminən 5 milyard dollar artırılması nəzərdə tutulub.

Həmçinin silah altında olan əsgərlərin sayının 2032-ci ilə qədər təqribən 8 mindən 12 minə çatdırılması vacibliyi bildirilib.

PUA təhlükələrinə qarşı hava hücumundan müdafiə sisteminin gücləndirilməsi və raketlərin alınması da prioritetlər siyahısında yer alıb.

“İsveç və ya onun müttəfiqlərinə qarşı hücum qaçılmazdır”, - deyə, hesabata daxil edilən bəyanatda qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az