Silahlı hücuma məruz qalan baş nazirdən XƏBƏR VAR

10:34 - 16 May 2024

Silahlı hücuma məruz qalan  baş nazirdən XƏBƏR VAR

Xəbər verdiyimiz kimi, qarnından 5 güllə ilə vurulan Slovakiyanın baş naziri Robert Fikodan ümidverici xəbər var.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Baş nazirin müavini Tomas Taraba əməliyyatdan sonra açıqlama verib.

Taraba,  "Bildiyim qədər, əməliyyat yaxşı keçib və düşünürəm ki, sonunda sağ qalacaq. Hazırda onun həyatı təhlükədə deyil" deyib.

Qeyd edək ki, Slovakiyanın baş naziri Robert Fikoya hücum edənin 71 yaşlı Slovak şairi və fəalı Juraj Cintula olduğu bildirilib.

Kadrlarda Cintulanın təhlükəsizlik baryerinin arxasından vətəndaşlara yaxınlaşan Fikonu dəfələrlə vurduğu və Fikonun yerə yıxıldığı görülüb.

Əfsanə Rəcəb

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az