Putin Rusiya Silahlı Qüvvələrinin sayının 2,3 milyon nəfərə qədər genişləndirilməsi haqqında fərman imzalayıb.
Manset.az bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Məlumata görə, sənəd hüquqi informasiyanın rəsmi saytında dərc olunub.
Sərəncamda deyilir:
"Rusiya Federasiyası Silahlı Qüvvələrinin ştat səviyyəsi 2 milyon 389 min 130 vahid , o cümlədən 1 milyon 500 min nəfər hərbi qulluqçu olmaqla müəyyən edilsin".
Həmçinin hökumətə sərəncamın icrası üçün büdcədən vəsaitin ayrılmasını təmin etmək tapşırılıb.
Xatırladaq ki, sonuncu dəfə Rusiya ordusunun ştat səviyyəsi 2023-cü ildə dəyişib. Daha sonra Putinin fərmanı ilə 1,32 milyon hərbçi olmaqla, 2,2 milyon nəfərə çatdırılıb.