Türkiyənin Ordu şəhərində özəl xəstəxanalardan birində mədəkiçiltmə əməliyyatı keçirən 26 yaşlı Neslihan Yılmaz əməliyyatdan sonra komaya düşüb və dünyasını dəyişib.
Manset.az bu barədə türk mediasına istinadən xəbər verir.
Məlumata görə, Neslihanın ailəsi xəstəxana rəhbərliyi və həkimi məhkəməyə verib.
Məsələ ilə bağlı Ordu Sağlamlıq Müdirliyi tərəfindən inzibati araşdırma başlanılıb.