Bu virusdan ölənlərin sayı 348-ə çatdı

17:37 - 20 Sentyabr 2024

Bu virusdan ölənlərin sayı 348-ə çatdı

Sudan Səhiyyə Nazirliyi ölkədə vəba epidemiyasından ölənlərin sayının 348-ə yüksəldiyini açıqlayıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Nazirlikdən verilən açıqlamada vəba epidemiyasının ölkənin 9 əyalətində yayıldığı və ümumi yoluxma sayının 11 min 79-a yüksəldiyi bildirilib.

Məlumata görə, ölkənin 5 vilayətində dang qızdırması şübhəsinin olduğu, 2 nəfərin isə bu xəstəlik şübhəsi ilə öldüyü bildirilib.

Sudanda iyun ayından bəri təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.

Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.

 

Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az