Ukrayna Prezidenti Vladimir Zelenski müharibənin başa çatması üçün Rusiya ilə ərazi mübadiləsini istisna etməyib.
Manset.az xəbər verir ki, bu barədə o, " The Guardian"a müsahibəsində danışıb.
V. Zelenski deyib ki, D. Tramp tərəfləri danışıqlar masasına gətirməyə nail olsa, ölkəsi Kurskun Ukrayna ordusunun nəzarətindəki ərazilərinin mübadiləsini təklif edə bilər:
“Biz bir ərazini digəri ilə dəyişə bilərik. Hələ ki, dəqiq bilmirəm. Bütün ərazilərimiz bizim üçün önəmlidir. Bunda hər hansı prioritet yoxdur”.