2 ölkə neftin sınaq nəqlinə dair razılığa gəldi

20:00 - 17 Fevral 2025

2 ölkə neftin sınaq nəqlinə dair razılığa gəldi

Qazaxıstanla Macarıstan 2025-ci il ərzində neftin sınaq rejimində daşınmasına dair razılıq əldə edib.

 

Bu barədə Manset.az Qazaxıstanın Energetika Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Razılıq Qazaxıstanın energetika naziri Almasadam Satkaliyevlə Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto arasında Astanada keçirilmiş görüşdə əldə olunub.

Görüşdə “KazMunayQaz” və “MOL Group” şirkətləri arasında neft-qaz sahəsində əməkdaşlıq məsələlərinə xüsusi diqqət ayrılıb.

Tərəflər hər iki şirkətin iştirak etdiyi “Rojkov” qaz-kondensat yatağının səmərəli istismarının zəruriliyini vurğulayıblar.

Qazaxıstan tərəfi AES üçün quru soyutma qüllələrinin istehsalı üzrə macar həmkarlarının, xüsusən “MVM Group” şirkətinin təcrübəsini öyrənməkdə maraqlı olduğunu qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az