Aİ-dən Ukraynaya 20 milyard dollarlıq yardım

11:38 - 22 Fevral 2025

Aİ-dən Ukraynaya 20 milyard dollarlıq yardım

Avropa İttifaqı Ukraynaya əlavə 20 milyard dollar həcmində hərbi yardım etməyə hazırlaşır.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, yardım paketinə artilleriya mərmiləri, hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli raketlər, pilotsuz uçuş aparatları və digər silahlar daxil olmalıdır. Həmçinin Ukrayna briqadalarının döyüş qabiliyyətinin artırılmasına yönələcək yardımlar nəzərdə tutulur.

Avropa İttifaqı xarici işlər nazirlərinin yaxın vaxtlarda keçiriləcək toplantısında natural və nəğd vəsait formasında yardıma dair təşəbbüsü üzv dövlətlərlə razılaşdırmağa çalışır. Daha sonra Avropa İttifaqına üzv dövlətlərin dövlət və hökumət başçıları yardımın həcmi barədə razılığa gəlməli və paketi nəzərdə tutan sənədi imzalamalıdır.

Bununla belə, “Bloomberg“ yazır ki, Macarıstanın artıq bu təşəbbüsü dəstəkləməyəcəyini bəyan etməsi, Almaniyada seçkilər prosesin nəzərdə tutulmuş müddətdə həyata keçirilməsinə mane ola bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az