PYD Öcalanın çağırışına CAVAB VERDİ - "Buna hazırıq"

21:29 - 27 Fevral 2025

PYD Öcalanın çağırışına CAVAB VERDİ - \"Buna hazırıq\"

PKK terror təşkilatının Suriya qolu kimi tanınan PYD-nin lideri Salih Müslimdən Türkiyədə həbsdə olan lideri Abdullah Öcalanın çağırışına cavab gəlib.


Manset.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" nəşri məlumat yayıb.

Məlumata qeyd edilir ki, PYD lideri Öcalanın müraciətini dəstəkləyib.

"Biz silahı yerə qoymağa hazırıq. Əgər siyasi qrup kimi fəaliyyət göstərməyimizə icazə verilərsə, bu çağırışı qəbul edirik", - deyə Salih Müslim qeyd edib.

Qeyd edək ki, Öcalan daha əvvəl tərəfdarlarını silahı yerə qoyaraq təslim olmağa çağırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az