Yaponiyada meşə yanğınları davam edir

11:46 - 28 Fevral 2025

Yaponiyada meşə yanğınları davam edir

Yaponiyanın Ofunato şəhərində üç gündür davam edən meşə yanğınında bir nəfərin öldüyü təsdiqlənib.

 

Manset.az-ın əldə etdiyi məlumata görə, 3306 nəfərə təxliyə olunmaları barədə xəbərdarlıq edilib. Yanğının söndürülməsi üçün bölgəyə qonşu dövlətlərdən 1675 yanğınsöndürmə personalı göndərilib.

Yanğın ən azı 1200 hektar meşə sahəsini külə çevirib. Bildirilib ki, bu günədək 825 nəfər müvəqqəti mərkəzlərə təxliyə edilib. Qeyd edilib ki, indiyədək 84 konstruksiyaya ziyan dəyib və zərərin qiymətləndirilməsi işləri yekunlaşdıqca dəymiş ziyanın həcminin artacağı gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az