Roma Papasının vəziyyəti stabilləşdi

01:00 - 03 Mart 2025

Roma Papasının vəziyyəti stabilləşdi

Roma Papası Fransiskin vəziyyəti stabildir, o, artıq süni ağciyər ventilyasiyasına ehtiyac duymur.

 

Manset.az Vatican News-a istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxtın mətbuat xidmətinin bəyanatında deyilib.

“Roma Papasının bu günə olan səhhəti stabil olaraq qalır. Papaya qeyri-invaziv süni ağciyər ventilyasiyası tələb olunmayıb, yalnız yüksək axınlı oksigen terapiyası tətbiq edilib”, – bəyanatda qeyd olunub.

Bununla belə, ümumi klinik vəziyyət mürəkkəb olaraq qalır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az