Suriyadakı toqquşmalarda ölən vətəndaş sayı

01:00 - 10 Mart 2025

Suriyadakı toqquşmalarda ölən vətəndaş sayı

Suriyanın Latakiya, Tartus və Homs əyalətlərində keçid hökumət qüvvələri ilə üsyançılar arasında hərbi əməliyyatlar nəticəsində 830 mülki vətəndaş ölüb.

 

Manset.az xəbər verir ki, bu barədə İraqın “Shafaq news” xəbər portalı məlumat yayıb.

Qeyd olunub ki, keçid hökumət qüvvələri sahilyanı ərazilərə nəzarəti bərpa edib və dağlarda keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarlarını təqib edir.

Martın 6-dan bəri davam edən əməliyyat zamanı 250-dən çox radikal öldürülüb. Hökumət qüvvələri isə 231 döyüşçüsünü itirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az